featured-image-8850

“Çelsi”nin və İngiltərə millisinin müdafiəçisi Ris Ceyms zədə səbəbindən Qətərdə keçiriləcək Dünya Çempionatında iştirak edə bilməyəcək.

Futbolçu Çempionlar Liqasında İtaliya “Milan”ı ilə matçda zədələnib.

O, dizindən aldığı zədə ilə bağlı tibbi müayinədən keçib. Nəticədə idmançının ən azı səkkiz həftə ərzində sağalacağı və buna görə də Dünya Çempionatının startına kimi formaya düşməyə vaxtı qalmayacağı məlum olub.

Qeyd edək ki, Dünya Çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Oyunlar Qətərin beş şəhərindəki səkkiz stadionda təşkil olunacaq.

Mənbə: sports.ru

Bənzər xəbərlər