featured-image-10388

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirlə normallaşma prosesi ilə bağlı mühüm açıqlamalar verib.

O bildirib ki, nazir müavinləri arasında siyasi məsləhətləşmələr tezliklə yenidən keçirilə və önümüzdəki aylarda Misirə səfir təyin oluna bilər.

Bu barədə XİN rəhbəri türkmənistanlı həmkarı Rəşid Meredovla keçirdiyi mətbuat konfransından sonra sualları cavablandırarakən məlumat verib.

Terrorçuların ekstradisiyası üçün İsveç və Finlandiya ilə davam edən danışıqlardan danışan Çavuşoğlu sabah NATO Xarici İşlər Nazirləri toplantısının keçiriləcəyi Buxarestdə üçtərəfli formatda görüşəcəklərini bildirib. Nazir İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı danışarkən vurğulayıb ki, bu ölkələr bəzi şərtləri yerinə yetirib, bəzilərini yox.

“Hələlik konkret addım atmayıblar. Ekstradisiya və hüquqi tənzimləmələrlə bağlı konkret gözləntiləri doğrultmayıblar. Parlamentimizi, vətəndaşlarımızı inandırmaq lazımdır. Prezidentimiz də bu məsələləri İsveç baş nazirinə çatdırıb. Xülasə, proses müsbət yöndə irəliləyir, lakin hələ də müəyyən addımların atılmasına ehtiyac var. Finlandiya ilə bağlı problemlər o qədər də böyük deyil. Ən çox İsveçlə problemlərimiz var. Ancaq iki ölkə və NATO bizə bərabər davranılacağını deyir. Əslində daha çox addım atması lazım olan ölkə İsveçdir”, – deyə Çavuşoğlu bəyan edib.

O, Suriyadakı vəziyyət barədə danışarkən Türkiyənin məqsədinin Suriyadakı vətəndaş müharibəsini bitirmək olduğunu bildirib.

Mənbə: Haber Global

Bənzər xəbərlər