featured-image-8912

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncə şəhərinin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib.

Səfir öz “Twitter” hesabında terror qurbanlarını yad etmək üçün Gəncəyə yola düşdüyünü bildirib.

“Ermənistanın Gəncəni və dinc sakinləri raket atəşinə tutmasının 2-ci ildönümündə müqəddəs şəhidlərin xatirəsini yad etmək üçün Gəncəyə yollanırıq. Unutmadıq, unutmayacağıq və unutdurmayacağıq”, – deyə o qeyd edib.

Bənzər xəbərlər