featured-image-4806

Aqşin Kərimov: “Azərbaycanın Qərbi Zəngəzura aid ortaya qoyduğu konseptual yanaşmanın konkret detalları formalaşır”.

 

II Qarabağ savaşının iştirakçısı, qazi və tanınmış analitik yazar Aqşin Kərimli “Qisas” antiterror əməliyyatından sonra bölgədə cərəyan edən hadisələrlə bağlı öz mövqeyini bildirib. Həmişə maraqlı fikirlərilə diqqət çəkən Aqşin bəy facebook sosial şəbəkəsindəki son statusunda “Buzduxdan Qərbi Zəngəzura” cümləsilə bir növ subliminal mesaj verir.

Ekspert sonra qeyd edir ki, antiterror əməliyyatını sərhəddəki hərbi hərəkətlilik və mövqe irəliləməsi müşayiət etməkdədir: “Azərbaycan Ordusu Kəlbəcərdəki Buzdux dağı və ətrafındakı yüksəkliklərə nəzarəti ələ keçirib. Müdafiə Nazirliyinin açıqlamasından məlum olur ki, Buzdux və ətraf yüksəkliklərin alınması şiddətli silah atışları gücünə olmayıb…”

Aqşin bəyin fikrincə, bundan sonra lokal hərbi əməliyyatların davam edəcəyi və bunun silahlı toqquşmalarla müşayiət ediləcəyi istisna deyil. Ekspert fikrini belə tamamlayır: “Sərhəddə hazırda baş verənlər hərbi əməliyyatdan çox, hərbi-siyasi həmlədir və növbəti danışıqlar masasının konfiqurasiyanı müəyyən edəcək. Yeni danışıqlarda Ermənistan tərəfi başqa güzəştlərə məcbur ediləcək. Görünür ki, Azərbaycanın Qərbi Zəngəzura aid ortaya qoyduğu konseptual yanaşmanın konkret detalları formalaşır”.

 

Boyuksherg.az

Bənzər xəbərlər