featured-image-5841

Böyük Britaniya Kralı III Çarlz monarx olduqdan sonra ilk dəfə parlamentin deputatları qarşısında çıxış edib.

Onu Kraliça-konsort Kamilla müşayiət edib.

Kral anasının ölümündən sonra parlament üzvlərinə və həmkarlarına verilən başsağlığına görə dərin minnətdarlığını bildirib.

“Şekspirin ilk kraliça Elizabet haqqında dediyi kimi, o, bütün yaşayan şahzadələr üçün nümunə idi”, – deyə III Çarlz Şekspirdən sitat gətirib.

O əlavə edib ki, anası monarx kimi “fədakarlıq nümunəsi göstərib”. Kral III Çarlz anası kimi, konstitusiya idarəçiliyinə sədaqət göstərəcəyini vəd edib.

Müraciətdən sonra kral və kraliça-konsort Edinburqa gedəcəklər. Burada kraliçanın tabutu Holirud Sarayından Müqəddəs Cayls kilsəsinə köçürüləcək.

 

Mənbə: Sky news

Bənzər xəbərlər