featured-image-4569

Böyük Britaniya hökuməti Ukraynaya 2,5 milyon funt sterlinq yardım paketi ayırıb.

Boyukserg.az  “Sky news”a istinadən xəbər verir ki, yeni yardım paketinin məqsədi Rusiya əsgərlərinin Ukraynadakı hərbi cinayətlərini araşdırmaqdır.

Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib ki, ayrılan maliyyə yardımı hökumətə cinayətkarları məsuliyyətə cəlb etməyə kömək edəcək.

Xatırladaq ki, may ayında Avropa İttifaqı, ABŞ və Böyük Britaniya Rusiyanı Ukraynaya qarşı müharibə zamanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmək üçün səyləri əlaqələndirmək məqsədilə Məsləhətçi Qrupu yaratmışdılar.

Bənzər xəbərlər