featured-image-4853

Braziliyanın San-Paulu şəhərindəki gecə klublarının birində ciu-citsu üzrə səkkizqat dünya çempionu Leandro Lo qətlə yetirilib.

Şahidlərin sözlərinə görə, dünya çempionunun klubda istirahət edən polis məmuru ilə mübahisəsi düşüb.

Leandro Lo onu bir zərbə ilə yerə sərib. Lakin ayağa qalxan şəxs silahını çıxararaq Lonun başına atəş açıb.

İdmançı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Mənbə: MMA Fighting

Bənzər xəbərlər