featured-image-10603

Braziliyanın Parana əyalətində magistral yolda torpaq sürüşməsi baş verib.

20-yə yaxın minik və yük avtomobili uçuruma yuvarlanıb. Nəticədə azı iki nəfər ölüb, 50-yə yaxın adam isə itkin düşüb.

Bu barədə Braziliya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Manoel Vasko açıqlama verib. O, qurbanların sayının dəqiqləşdirilməsinin çətin olduğunu bildirib. Həmçinin itkin düşənlərin sayının təxminən 30-50 arasında olduğunu və axtarışların davam etdiyini qeyd edib.

Axtarış-xilasetmə əməkdaşları əlverişsiz hava şəraiti səbəbindən işlərin çətinləşdiyinə diqqət çəkiblər.

Hadisə yerindən paylaşılan fotolar isə sürüşmənin miqyasını ortaya çıxarıb.

Həmçinin məlumat verilib ki, axtarışlar zamanı sağ qalanların tapılması üçün istilik detektorlu dronlardan istifadə edilir.

Mənbə: Haber Global

Bənzər xəbərlər