featured-image-5033

Argentina Futbol Assosiasiyası (AFA) və Braziliya Futbol Konfederasiyasının (CBF) birgə bəyanatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) Braziliya və Argentina yığmalarına 2022-ci il dünya çempionatının seçmə oyununu təkrar keçirməməyə icazə verib.

Onun nəticəsinin seçmə mərhələnin yekunlarına təsir etməyəcəyi bildirilib.

Xatırladaq ki, 2021-ci il sentyabrın 5-də San-Pauluda baş tutan oyun koronavirus protokolunun pozulması səbəbindən dayandırılıb.

Fevral ayında FİFA matçın təkrar keçirilməsinə qərar verib.

Avqustun 11-də CBF argentinalılarla oyunu təkrar etməməyi xahiş edib.

Bu gün isə məlum olub ki, AFA, CBF və FİFA CAS-dakı mübahisəni həll edib. AFA COVID protokollarını pozduğuna görə 150 ​​min, CBF isə 300 min İsveçrə frankı cərimələnib. Cərimələrin 25%-i koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) köçürüləcək.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər