Borrell: “Serbiya və Kosovo münaqişənin həlli ilə bağlı razılığa gəlib”
Serbiya ilə tanınmamış Kosovo nümayəndələri avtomobil nömrələri ilə bağlı mübahisəni həll etmək üçün çərşənbə günü Brüsseldə keçirilən görüşdə razılığa gəliblər.
Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell məlumat verib.
O qeyd edib ki, Serbiya Kosovo şəhər kodları ilə nömrələrin verilməsini dayandırmağa razılaşıb, Kosovo isə Serbiya nömrələri olan avtomobilləri məcburi şəkildə yenidən qeydiyyata almaq cəhdlərini dayandıracağını vəd edib.
Mənbə: TASS