featured-image-10584

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək.

“Boyuksherg” APA-ya istinadən xəbər verir ki, bu barədə Borrel özü məlumat verib.

Aİ-nin ali nümayəndəsinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü Polşada keçiriləcək ATƏT XİN Şurası iclası çərçivəsində baş tutacaq.

“Düşünürəm ki, bu, Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi fürsətdir. Biz Azərbaycan və Ermənistanı bu fürsəti görməyə çağırırıq”, – Aİ-nin ali nümayəndəsi əlavə edib.

Bənzər xəbərlər