Birləşmiş Ştatlar Ukrayna pilotlarına F-16-ları idarə etməyi öyrədəcək
Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qreham bildirib ki, Ağ Ev tezliklə F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotların təliminə başlandığını elan edə bilər.
Münhen Təhlükəsizlik Konfransına səfəri zamanı senator deyib: “Əminəm ki, biz Vaşinqtona qayıtdıqdan sonra administrasiya ukraynalı pilotların F-16-nı idarə etmək üçün təlim keçməsinə qərar verəcək”.
Qeyd edək ki, bundan əvvəl NATO-nun Avropadakı baş komandanı Kristofer Kavoli F-16 döyüş təyyarələri, pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlərin tədarükü Ukraynaya kömək edəcəyini bildirmişdi.
Öz növbəsində, Ukrayna rəsmiləri ABŞ Konqresinin üzvlərini Kiyevə F-16 qırıcıları göndərmək üçün prezident Co Baydenin administrasiyasına təzyiq göstərməyə çağırıb.
Mənbə: gazeta.ru