featured-image-4710

İddiası qabiliyyətini üstələyən Harvard məzununun iflası haqda ballada

(“Bəxtiyarın sərgüzəştləri” silsiləsindən III yazı)

 

Ötən əsrin 70-ci illərinin ortalarıydı. Bizim kəndimizin də daxil olduğu 7 kəndi əhatə edən Mehdi Hüseynzadə adına kolxoz pambıqçılıqdan tütünçülüyə keçid etmişdi. Tütünçülük yeni təsərrüfat forması olduğundan kolxozçular bu sahəyə hələ tam adaptasiya ola bilməmişdilər. Çətinlik bir də ondan ibarət idi ki, ixtisaslaşma yekunlaşmadığına görə, fərdi fəaliyyət növünə keçilməmişdi – bütün kolxozçular birlikdə işləyir, birlikdə məhsul toplayır, əldə edilən gəlir də onlar arasında bərabər bölünürdü. Bu, təbii ki, heç də ədalətli üsul deyildi, çünki yaxşı işləyənlə işi tam öyrənə bilməyənə fərq qoyulmurdu. Kolxozda işin bu cür təşkilindən ən çox narazı qalanlardan biri də Rübabə xalaydı (hamı ona İrbaba deyərdi).

İrbaba xala tütünçülük işini hamıdan tez öyrənmiş və təbii ki, hamıdan çox məhsul toplayır, ancaq sərf etdiyi əməyinin qarşılığını haqq etdiyi qədər ala bilmirdi. Bu da onu əsəbləşdirir, onsuz da təbiət etibarilə cılğın olan qadın tez-tez digərlərilə mübahisə yaradıb, sacyoldusuna çıxırdı.

Kolxozumuzda Möhsün dayı adlı briqadir vardı. Olduqca baməzə xarakterli bu kişinin xətrini hamı çox istəyirdi. Son dərəcə söyüşkən olan Möhsün dayının söyüş söyməsi də kiminsə xətrinə dəyməzdi, “bu kişinin söyüşləri məkrufdu” deyərdilər. İrbaba arvadın öhdəsindən gələn tək adam məhz Möhsün dayıydı, onun iki yağlı söyüşü sanki arvadı rahatladır, sakitləşdirirdi.

Bir gün yenə İrbaba arvad nəyisə bəhanə edib qızışmış, digər bir qadınla saçyoldu davasına çıxmışdı. Vəziyyətin kritik olduğunu görən Möhsün dayı çəliyini əlinə alıb, havada yelləyərək İrbabaya meydan oxudu:

– Qəhbə, arvadın saçını buraxmazsan bu dəqiqə səni tutub …ərəm!

İrbaba xala dərhal sakitləşdi. Möhsün dayı guya onu tənbeh edirmiş, danlayırmış kimi dedi:

– Ay arvad, özünə də yazığın gəlsin, əsəblərin pozulur. Nə olub ey sənə, başqaları ayda bir dəfə olanda, sənin həftədə, 3 gündə bir aybaşın tutur!

O vaxtdan o söz dillər əzbəri oldu, el sözünə çevrildi, biri özündən çıxanda ona “yenə nə olub ki, aybaşın tutub” deməyə başladılar.

Yazıya bu qədər uzun giriş etməyimin səbəbi var. Əslində, bu, mənim “Bəxtiyarın sərgüzəştləri” adlı yazı dizimin növbəti hissəsidi. Yazıya başlamadan düşündüm ki, əcəba, mən bu adamı birinə bənzədirəm, kimdi o adam? Birdən yadıma İrbaba xala düşdü. Eyni xarakterə sahib personalardı. Bəxtiyar İrbaba arvadın kişi cinsinə mənsub nümayəndəsidi. Beləsi üçün kiminləsə mübahisə yaratmaq, dalaşmaq, söyüş duellosuna çıxmaq iki vuraq iki kimidi. İrbaba xala ilə Bəxtiyar xaraktercə bir-birinə bənzəsələr də, əxlaqi cəhətdən çox fərqli insanlardı. İrbaba xala zəhməti sevən biriydi, çox vaxt əməyinin qarşılığını ala bilmədiyinə görə özündən çıxırdı. Bəxtiyar isə tam fərqlidi, olduqca naqis keyfiyyətlərə sahib, siyasi və mənəvi əxlaqı tükənmiş personadı.

Əslində, Bəxtiyar elə hesab edir ki, haqqı tapdanır, haqq etdiyini ala bilmir. Lakin bu, heç də elə deyil. Harvard diplomu daşımaq hələ bütün imtiyazlara sahib olmaq demək deyil. İngilis dilini bilmək səninçün bütün qapıları açmır. Ona qalsa, mənim 3 övladımdan ikisi ingilis dilini ingilisin anası qədər bilirlər, Bəxtiyardan da çox-çox savadlıdırlar. İndi nə edək, duraq hoqqa çıxardaq?

Qeyd etdiyim kimi, Bəxtiyarın iddia etdiyi haqq və imtiyazlar üçün əlavə dəyərlər, keyfiyyətlər tələb olunur. Bu cür keyfiyyətlərə sahib olmadan elə yüksək iddialar ortaya qoymaq absurddu. O ayrı məsələdi ki, tələb olunan keyfiyyətlərə sahib olmadan yüksək məqamlara oturdulan xeyli insan var. Bu, tamam başqa mövzudu və zaman-zaman mən özüm də o cür hallara qarşı kəskin mövqeyimi bildirirəm. Amma hər kəs özündə olandan danışsın, nəyə qadirdirsə onu tələb etsin.

Bəxtiyar elə bilir bəlli sifarişlə kimisə söyüb, təhqir etmək cəsarətdi, qəhrəmanlıq nümunəsidi. Xeyr, əsla elə deyil. Əvvəla, cəsarət hesab edilə biləcək fəaliyyətə bu günkü və 30 il öncəki münasibət fərqlidi. Bu gün əsil cəsarət hesab olunan şey hadisələrə ədalətli münasibət göstərməkdi, prinsiplərdən vaz keçməməkdi. Heç də kimdənsə aldığın 3-5 manata görə kimisə haqsız yerə təhqir etmək cəsarət deyil, əxlaqsızlıqdı, tərbiyəsizlikdi. Bəxtiyar elə başa düşür ki, daxili və xarici pozucu qüvvələrin sifarişiylə ölkə rəhbərinin ən etibar etdiyi kadrları küçə adamlarına xas xüsusiyyətlə söyüb təhqir etmək qəhrəmanlıq nümunəsidi. O zaman adamdan soruşarlar ki, sən elə cəsarətlisənsə, söyüş və təhqirlərinə izahat vermək üçün nədən yanına özün kimi 3-5 nəfər küçə adamını da alıb gedirsən? Deməli, qorxursan, Qəmlonun sözü olmasın, üyüdürsən!

Bəxtiyar siyasi əxlaqsızdı, mənəvi keyfiyyətləri aşağı səviyyədə olan əsil düşük adamdı! Əxlaqı və mənəviyyatı olan şəxs özünə böhtan atmaz. Bəxtiyar özü özünə böhtan atan, özünü ən axırıncı yola qoyan şərəf və ləyaqətdən mərhum biridi. Baxın, adam deyir ki, məni tutub aparıb başıma işədilər! Mən bu mövzunu ətraflı yazmış, Bəxtiyarın yalan danışdığını öz dediklərinə əsaslanaraq isbat etmişəm. Lakin belə bir fakt var ki, Bəxtiyar 14-cü zonda cəza çəkərkən həqiqətən də başına işəyiblər. Həm də bunu edən bir başqası yox, onun öz yaxını, bir yerdə çörək yediyi şəxs, Vidadi İsgəndərli olub. Bu dediyim faktı Bəxtiyarla birlikdə cəza çəkən müxalif düşüncəli məhbuslar da bilir, onların sayı ən az 7 nəfərdi. Bəxtiyar nəfsinə hakim ola bilməyərək, Vidadiyə məxsus evdə bişmə blinçikləri oğurlayıb yediyinə görə, onun tərəfindən belə cəzalandırılmışdı. Mümkündü ki, həmin 7 nəfər bu faktı təsdiq etməsin, ancaq birbaşa inkar da edə bilməzlər. Mən şəxsən o adamların üçündən bu barədə soruşmuşam. Cavabları belə olub: “Blinçik məsələsi doğrudu, ancaq… bəy, mən bu haqda danışmaq istəmirəm”.

Mən heç də demək istəmirəm ki, Vidadi İsgəndərli Bəxtiyarın başına haqq edib işəyib və buna görə o, artıq adamlar siyahısından çıxarılmalıdı. Xeyr, Bəxtiyarı adamlıqdan çıxaran başqa keyfiyyətsizlikləridi – yalançılığı, böhtan atmağı, siyasi oyunbazlığı, haqq və ədalətdən uzaq durması, xarici və daxili pozucu qüvvələrin əlində siyasi marionet olması, para qarşılığında Azərbaycanın yürütdüyü siyasi kursa qarşı qarayaxması və bu kimi saysız-hesabsız əllaməlikləri onu adamlıqdan çıxarır.

Bəxtiyardan soruşmaq lazımdır ki, Vidadi ilə məlum qarşıdurmasından sonra nə baş verdi ki, daxildəki bəzi siyasi qüvvələrlə münasibətləri normallaşdı? Onu Penitensir Xidmətin rəhbərliyinin gözündə ucaldan hansı keyfiyyətləriydi ki, 2012-ci ilin mayında Avroviziya Mahnı Müsabiqəsini birbaşa Kristal Zaldan seyr edirdi? Hər gün xüsusi maşınla Bəxtiyar zondan çıxarılır və Kristal Zala aparılırdı. Baxa Harvardski bunu bir neçə dəfə inkar etsə də, həqiqət odur ki, bu hadisə baş verib. Bu, 10 il öncə 14-cü zonda cəza çəkən 2 min nəfərə yaxın məhkumun gözü qarşısında gerçəkləşdirilən təkzibedilməz faktdır.

Bəxtiyar iddia edir ki, Azərbaycanda onu hər cəhətdən sıxışdırırlar, fəaliyyətinə maneçilik törədirlər. Əvvəla baxaq görək onun fəaliyyəti nədən ibarətdi? Əmr aldığı dairələr tərəfindən Bəxtiyarın qarşısına qoyulan vəzifələr bunlardır:

– Azərbaycanın xarici siyasət konsepsiyasının əleyhinə təbliğat qurmaq;

– feminizm adı altında küçə fahişəliyini stimullaşdırmaq;

– milli-mənəvi dəyərləri baltalayaraq LGBT+ hərəkatını gücləndirmək;

– fərariliyin geniş yayılması üçün Azərbaycan Ordusu əleyhində təbliğat qurmaq, ordudakı nöqsanları şişirdərək cəmiyyətə təqdim etmək;

– geriçiliyə çağırışlar edən fanatik dinçi qrupları müdafiə edərək, onları siyasi xaos yaratmaları üçün təşviq etmək…

Siyahını istənilən qədər uzatmaq olar, ancaq bu sadaladıqlarım birbaşa sübut edir ki, Bəxtiyarın necə iyrənc, satılmış məxluq olduğunu anlayaq. Təbii ki, dövlətin mövcud siyasi kursuna qarşı qanunların yol vermədiyi üsullarla çıxmaq cinayətdi və bunun qarşısı mütləq alınmalıdı. Bəxtiyar bunu sıxışdırılmaq, fəaliyyətinin məhdudlaşdırılması kimi dəyərləndirir. O zaman adama sual vermək lazımdır ki, sənin oturduğun ofisin yerləşdiyi binada bir ofis üçün aylıq kirayə haqqı 4 min manatdan başlayır. Hərgələ, əgər həqiqətən də dövlət səni sıxışdırırsa, fəaliyyətinə maneçilik törədirsə, elə mitilini o binadan çölə atarlar. İkincisi, sən təkcə kirayə haqqı olaraq verdiyin 4 min manatı hardan alırsan, hansı qazancınla bunu edirsən? Əgər sənin bu qədər qazancın varsa, gəlir deklarasiyanı ortaya qoy görək, nə qədər vergi ödəmisən?

Bütün bunları ona görə diqqətə çatdırmaq istəyirəm ki, cəmiyyətimizdə Bəxtiyarın şübhəli maliyyə qaynaqları haqqında az da olsa təsəvvür yaransın. Mən adlar da çəkə bilərəm, ancaq mənim bildiklərimi, heç şübhəsiz, dövlət də bilir və yəqin ki, zamanı çatdığında hər kəs layiq olduğu cəzasını alacaq. Mən, sadəcə, onun siyasi fəaliyyətinə, bu fəaliyyətinin profilinə, istiqamətinə işıq tutmaq istəyirəm. Adamın işi-gücü dövlətə qarşı əsassız ittihamlar irəli sürməkdi. Ortaya sual çıxır: Bəxtiyar nə istəyir dövlətimizdən?

Əslində, Bəxtiyarı buna vadar edən, istiqamət verənlər var. Məqsəd Azərbaycanın mövcud dövlət siyasətinə qarşı cəbhə formalaşdırmaqdı, ictimai rəy yaratmaqdı. Məqsəd cənab prezidentin yürütdüyü siyasətə qarşı çıxmaqdı. Elə bu səbəbdən də dövlət başçısı və onun ən çox etibar etdiyi dövlət qurumları hədəfə alınır. Bu işin icraçıları məlumdu, onların başını çəkənlərdən biri də Bəxtiyar Hacıyevdi. Sifarişçilər də məlumdu – həm xarici, həm də daxili sifarişçilər. Bəxtiyarın xarici ağalarını da tanıyırsınız, heç o özü də bunu gizlətmir. Ona sifariş verən daxili leşyeyicilər – yırtıcı ağbabalar isə, bir çoxunuza məlum deyil. Dəyərli oxucularım, sizə bir istiqamət verim: Bəxtiyarla bağlı internetdə axtarış verin və baxın görün o, hansı dövlət məmurunu, hansı naziri təqdir edən yazılar yazırdı, qeyd edirdi ki, o, yüksək təhsil alıb, bacarıqlıdı, ölkədə islahat apara biləcək keyfiyyətlərə sahib tək məmurdu. Bax, Bəxtiyarı qızışdıran, ölkə rəhbərinə qarşı qaldıran, onun etibarlı kadrlarını vurduran həmin o məmurdu. Təbii ki, digərləri də var, söhbət Bəxtiyara həbsdə olarkən lyuks yaşam şəraiti yaradanlardan gedir.

Bəxtiyar bu ağalarının isti qucağında elə məst olub ki, inanın, ona desələr çıx de ki, məni aparıb polis bölməsində zorladılar – buna da gedər. Çünki onun üçün mənəvi keyfiyyətlər deyilən heç nə qalmayıb. Əslində “zorlanmaq” məfhumu Bəxtiyar üçün adi hala çevrilib. O, bundan tramplin kimi istifadə etmək istəyir. Onun artıq dünyaya baxışı bu pəncərədəndir.

Üzr istəyərək bir məqama diqqət çəkəcəm. Biz Şərq insanlarıyıq. Bəzi şeylərə özümüz tabu qoyuruq. Hər birimizin həyatında sekslə bağlı məqamlar olub, ancaq hər zaman bunu gizlətməyə çalışmışıq. Niyə? Çünki Şərq insanının düşüncəsinə, dünyagörüşünə görə, seks əks cinsdən olan iki nəfərin arasında baş tutan ruhsal bir durumdu. Normal insan bunu kimsənin bilməsini istəməz. Bəxtiyar isə həyatında baş verən bu cür halların tirajlanmasında maraqlıdı. Fuad Qəhrəmanlının qızıyla (pedofilliyi ilə bağlı) yazışması, Nərmin Şahmarzadə adlı küçə qadınıyla oral seks qalmaqalı, Ülviyyə Alovlu adlı digər bir qadınla başqa qalmaqallı məsələ məhz Bəxtiyarın öz istəyi ilə ictimai rəyə təqdim olunub. Mən bu dediklərimi Bəxtiyarın öz yazdıqları və davranışlarına əsaslanaraq, gecə saat 3-də telefon danışığımızda ona isbat etmişəm. Cavabı bu olub ki, yaxşı edirəm, sənə nə?!

Bəli, Bəxtiyarın şəxsi həyatı ilə bağlı nələrsə məni qətiyyən maraqlandırmır. Lakin o, bu şəxsi həyatını dövlət siyasətinə qarşı yönləndirib, ölkədə mənəvi və əxlaqi dəyərləri məhv etmək, ailə institutunu ortadan qaldırmaq üçün fəaliyyət göstərirsə, vəziyyət dəyişir. Həm də o, öz ağalarının sifarişiylə ictimailəşdirdiyi özəl həyatına görə dövlət qurumlarını ittiham edir. Sanki dövlətin işi-gücü qurtarıb ki, Bəxtiyarla Nərminin dilləşmə prosesini problemə çevirsin. Onsuz da Bəxtiyar və onun kimi xainlərin sayəsində xarici güclər ölkədə kifayət qədər təhlükəli ocaqlar yaradıblar və adı çəkilən qurumlar gecə-gündüz bu təhlükələri zərərsizləşdirməklə məşğuldurlar. Adamdan soruşarlar ki, ay tünbətün, Fuadın qızıyla, Nərminlə, Ülviyyə ilə cici-bacı olduğun dönəmlərdə dövlət yadına düşürdü? Niyə indi onlarla hər problemini dövlətin adıyla bağlayırsan?

Bax, Bəxtiyar belə bir adamdı. O, indiyə qədər çox qucaqda oturub, bu günün özündə də bu qucaqdan o qucağa səyahət edir. Onun məqsədi lyuks və yüngül həyat tərzidi. Məqsədini də gerçəkləşdirir. Öz məqsədi üçün istənilən həyasızlıq və xəyanət yolları onun üçün məqbuldu. Əmr gələn kimi çirkli tumanını cırıb, başına keçirir: ay məni öldürdülər, döydülər, söydülər, namusuma təcavüz etdilər…

Rəhmətlik Möhsün dayı yaşasaydı, əminəm, Bəxtiyar üçün belə deyərdi: ay bala, sənin namusuna çoxdan təcavüz edilib, sən bəkarətini çoxdan pozdurmusan, kimə gəlirsən!?

Ona da əminəm ki, Möhsün kişi Bəxtiyara bunu da deyərdi: sənin niyə tez-tez aybaşın tutur, xəstə-filansan? Get özünü müalicə etdir…

 

P.S. Təxminən iki il öncə gecə saat 3-də Bəxtiyar mənə zəng etmişdi. Əsəbi halda dedi: niyə mənim əleyhimə yazılar yazırsan? Ona başa salmağa çalışdım ki, sənin şəxsin mənimçün o qədər də maraqlı deyil, ancaq tutduğun yol, apardığın mübarizə üsulu qəbuledilməzdi, çünki Azərbaycana zidd mövqe ortaya qoyursan, ölkəmizin milli-mənəvi dəyərlərini heçə sayırsan, dövlət maraqlarımızı bağlı olduğun xarici qüvvələrə peşkəş çəkirsən. Cavabı bilirsiniz nə oldu? Dedi ki, əcəb edirəm, mənim üçün dövlət, millət maraqları yox, fərdi maraqlar, fərdi insan amili önəmlidi. Mən də Nəriman Nərimanovla Əliheydər Qarayevin məşhur dialoqunu ona xatırladıb dedim: Bəxtiyar, Azərbaycanın dövlət maraqlarını kiməsə güzəştə gedə bilməzsən, sən yalnız öz arxanı istədiyin şəxsə, siyasi güclərə peşkəş çəkə bilərsən. O vaxtdan Bəxtiyar bir daha mənə zəng etmədi.    

 

Fərəməz Novruzoğlu

Bənzər xəbərlər