featured-image-5718

ABŞ Prezidenti Co Bayden Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmasının əleyhinədir.

Bu barədə “Reuters”in müxbiri Ceff Meyson özünün “Twitter” hesabında xəbər verib.

Onun sözlərinə görə, dövlət başçısı bunu Ağ Evə qayıdarkən bəyan edib.

“Ondan soruşulub ki, Rusiya belə bir status almalıdırmı? “Xeyr”, – deyə Bayden cavab verib”, – jurnalist yazıb.

Xatırladaq ki, avqustun 7-də ABŞ senatorları Riçard Blumental və Lindsi Qrem Bayden administrasiyasını Ukraynadakı vəziyyətə görə Rusiyanı terroru himayə edən dövlətlər siyahısına salmağa çağırıblar.

Ancaq Dövlət Departamenti ABŞ Konqresinə xəbərdarlıq edib ki, bu halda Rusiya məhsullarının ixrac üçün tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və Ukrayna taxılının Rusiya tərəfindən ixracının asanlaşdırılması ilə bağlı İstanbulda çoxtərəfli razılaşmalar təhlükə altında olacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bəyan edib ki, RF ABŞ-da terrorçuluğa sponsorluq edən ölkə elan edilərsə, belə bir addımın məntiqi nəticəsi diplomatik münasibətlərin pozulması ola bilər.

Bənzər xəbərlər