featured-image-11322

ABŞ Prezidenti Co Bayden ABŞ və Koreya Respublikası arasında birgə nüvə təlimləri ilə bağlı danışıqlar barədə məlumatı təsdiqləməyib.

O bu barədə jurnalistlərə müsahibəsində bildirib. Həmçinin Ağ Evin mətbuat xidməti də bununla bağlı məlumat yayıb.

Belə ki, Cənubi Koreya prezidenti Yun Sok-yeol genişləndirilmiş nüvə çəkindirmə tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsi üçün ölkələr arasında əməkdaşlıq niyyəti barədə danışıqlara dair bəyanat verib. Koreya lideri bu tədbirlər zamanı nüvə qüvvələrindən istifadə edilməsi ilə bağlı müzakirələrin getdiyini də bildirib.

Lakin Bayden bu məlumatları təkzib edib. Amerika lideri əmin edib ki, Birləşmiş Ştatlar tərəfindən nüvə qüvvələrinin ölkələr arasında təlimlərə cəlb olunmasına dair hər hansı müzakirələr aparılmır. Bayden bununla bağlı suala birmənalı olaraq “yox” cavabını verib.

Mənbə: RBC

Bənzər xəbərlər