featured-image-7758

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.

“Boyuksherg” xəbər verir ki, A qrupunda “Liverpul” İngiltərədə Şotlandiya “Reyncers”ini iki cavabsız qolla üstələyib.

İtaliya “Napoli”si isə Niderlandda “Ayaks”ı darmadağın edib – 6:1.

B qrupunda “Portu” Portuqaliyada Almaniyanın “Bayer” komandasına, “Brügge” isə Belçikada İspaniyanın “Atletiko” (Madrid) klubuna qalib gəlib.

C qrupunda İspaniya “Barselona”sı İtaliyada “İnter”ə minimal hesabla uduzub. D qrupunda isə İngiltərə “Tottenhem”i Almaniyada “Ayntraxt”la qolsuz heç-heçəyə razılaşıb.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur
4 oktyabr

A qrupu

“Liverpul” (İngiltərə) – “Reyncers” (Şotlandiya) – 2:0
Qollar:
 Trent Aleksander-Arnold, 7. Məhəmməd Salah, 53 (penalti)

“Ayaks” (Niderland) – “Napoli” (İtaliya) – 1:6
Qollar:
 Məhəmməd Kudus, 9 – Cakomo Raspadori, 18; 47. Covanni Di Lorentso, 33. Pyotr Zelinski, 45. Xviça Kvaratsxeliya, 63. Covanni Simeone, 81

B qrupu

“Portu” (Portuqaliya) – “Bayer” (Almaniya) – 2:0
Qollar:
 Zaydu Sanusi, 69. Qaleno, 82

“Brügge” (Belçika) – “Atletiko” (Madrid, İspaniya) – 2:0
Qollar:
 Kamal Sova, 36. Ferran Xutqla, 62

C qrupu

“Bavariya” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya) – 5:0
Qollar:
 Leroy Sane, 7; 51 Serj Qnabri, 13. Sadio Mane, 21. Erik Şupo-Motinq, 59

“İnter” (İtaliya) – “Barselona” (İspaniya) – 1:0
Qol:
 Hakan Çalhanoğlu, 45+2

D qrupu

“Marsel” (Fransa) – “Sportinq” (Portuqaliya) – 4:1
Qollar:
 Aleksis Sançes, 13. Amin Arit, 16. Leonardo Belyerdi, 28. Şansel Mbemba, 84 – Fransişku Trinkan, 1

“Ayntraxt” (Frankurt, Almaniya) – “Tottenhem” (İngiltərə) – 0:0

23:49

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

“Boyuksherg” xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan 2-si artıq başa çatıb.

C qrupunda Almaniya “Bavariya”sı evdə Çexiyanın “Viktoriya” (Plzen) komandasını darmadağın edib.

D qrupunda isə “Marsel” Fransada Portuqaliya “Sportinq”inə qalib gəlib.

Bu, meydan sahiblərinin qrup mərhələsində ilk qələbəsi olub.

Çempionlar Liqası
Qrup mərhələsi, III tur
4 oktyabr

C qrupu

“Bavariya” (Almaniya) – “Viktoriya” (Plzen, Çexiya) – 5:0
Qollar:
 Leroy Sane, 7; 51 Serj Qnabri, 13. Sadio Mane, 21. Erik Şupo-Motinq, 59

D qrupu

“Marsel” (Fransa) – “Sportinq” (Portuqaliya) – 4:1
Qollar:
 Aleksis Sançes, 13. Amin Arit, 16. Leonardo Belyerdi, 28. Şansel Mbemba, 84 – Fransişku Trinkan, 1
Qırmızı vərəqə: Antonio Adan, 23 (“Sportinq”)

Bənzər xəbərlər