featured-image-12798

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev martın 1-də Tanzaniya Birləşmiş Respublikasının vitse-prezidenti Filip İsdor Mpanqo ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Tanzaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Bənzər xəbərlər