featured-image-8267

“Barselona” PSJ-nin hücumçusu Lionel Messinin şərəfinə heykəl ucaldacaq.

Bu barədə klubun prezidenti Joan Laporta elan edib.

“Biz Messinin heykəlini “Camp Nou”nun qarşısında qoyacağıq. Qərar verilib”, – deyə J.Laporta bildirib.

Qeyd edək ki, Messi 2021-ci ilə qədər “Barselona”da çıxış edib. O, klubun heyətində 778 oyun keçirib və 672 qol vurub.

Mənbə: RT

Bənzər xəbərlər