“Barsa” “El-Klassiko”da qalib gəldi - VİDEO
İspaniya Kubokunun yarımfinalında “Real” evində “Barselona”nı qəbul edib.
Qarşılaşmanın ilk hissəsində qonaqlar hesabda önə keçiblər. 26-cı dəqiqədə E.Militao avtoqola imza atıb. Matçın qalan hissəsində tərəflər çox cəhd göstərsələr də, qapılara başqa qol vurulmayıb.
Cavab oyunu aprelin 5-də “Kamp Nou”da olacaq.