featured-image-9295

Bu gün Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start veriləcək.

“Boyuksherg” xəbər verir ki, ilk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq.

İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər.

Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq.

Saat 17:00-dan A qrupunun İran-Qırğızıstan, Qırğızıstan-Türkiyə və B qrupunun Azərbaycan-Dünya yığması görüşləri keçiriləcək.

B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək.

Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.

Bənzər xəbərlər