featured-image-9657

Müdafiə Nazirliyi ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.

Bənzər xəbərlər