featured-image-8137

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası keçiriləcək.

Bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, iclasla bağlı təşkilati məsələlər sentyabrın 12-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşdə müzakirə olunmuşdu.

 

Bənzər xəbərlər