featured-image-9683

Bu gün Azərbaycanın şahmat millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirəcək.

“Boyuksherg” xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gələcək.

Komanda IV turda Polşanı sınağa çəkəcək.

Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi hazırda dörd xalla B qrupunun lideridir.

Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

Bənzər xəbərlər