featured-image-4576

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa (COVİD-19) yoluxma hallarının artması ilə bağlı bütün ölkələrin hökumətlərini maska ​​rejiminə qayıtmağa çağırıb.

Qeyd edək ki, hələ bu çağırışdan öncə bir neçə ölkədə kütləvi yoluxmalara görə tibbi maskadan məcburi istifadə ilə bağlı qərar verilib.

Azərbaycanda da son günlər koronovirusa yoluxma sayında ciddi artım müşahidə olunur. Ötən gün yoluxanların sayı 90-nı ötüb.

Bəs, ölkəmizdə yoluxmanın qarşısını almaq üçün karantin qaydaları sərtləşdirilə, maska tələbi yenidən geri qayıda bilərmi?

Boyukserg.az xəbər verir ki, mövzu ilə bağlı Rredaktor.az-a danışan TƏBİB-in işçi qrupunun üzvü, infeksionist Nilufər Məmmədova bildirdi ki, virus mutasiyaya uğradıqca yoluxmada artım müşahidə ediləcək.

“Xüsusən də yay mövsümündə əhalinin xarici ölkələrə səfər etməsi dünyada yayılan yeni ştamların Azərbaycana da gəlib çıxmasına səbəb olacaq. Beləliklə, yoluxma sayında artım müşahidə ediləcək”,- o dedi.

N.Məmmədova onu da qeyd etdi ki, ölkə ərazisində artım müşahidə edilsə də, epidemioloji durum qorxulu deyil.

“Epidemioloji vəziyyət hazırda nəzarət altındadır və qorxulu hal yoxdur. Təbii ki, belə bir vəziyyət yarandıqda maskanın zəruriliyi və digər qorunma tədbirlərinə ciddi riayət olunması gündəmə gələcək. Eyni zamanda, lazım olarsa, yenidən vaksinasiya da həyata keçirilə bilər”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı saytımıza açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda maska tələbinin tətbiqi zəruri deyil.

“Koronavirusa artım tendensiyası müşahidə olunsa da, bu o demək deyil ki, maska tələbi yenidən qoyulmalı, karantin qaydaları sərtləşdirilməlidir. Hesab edirəm ki, belə bir ehtiyac hələ ki yoxdur”.

Bənzər xəbərlər