Azərbaycan XİN İsrailə başsağlığı verib - FOTO
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib.
Bu barədə XİN-in rəsmi “Twitter” hesabında paylaşım edilib.
“Şərqi Qüdsdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, cümə günü avtobus dayanacağında baş verən terror aktı nəticəsində altı yaşlı uşaq və 20 yaşlı gənc həlak olublar. Beş nəfər yaralanıb.
Terror aktını törədən Hüseyn Karaka adlı 31 yaşlı şəxs hadisə yerinə gələn polis zabitləri tərəfindən zərərsizləşdirilib.