featured-image-8546

Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram təşkil olunub.

“Boyuksherg” Prezident.az-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.

Mədəni proqramda qırğız xalqının milli adət və ənənələri geniş nümayiş olunub. Qırğız sənətkarları buradakı xiyabanda Azərbaycanın və Qırğızıstanın dövlət başçılarına əl işlərini, milli xalçalar – “Şırdak”ı təqdim ediblər. Dövlət başçıları milli xalçalar istehsal edilən emalatxanalarla tanış olublar. Burada qırğız xalqının milli mətbəxindən nümunələr də təqdim edilib.

Prezidentlər, həmçinin milli geyim kolleksiyalarından ibarət sərgiyə baxıblar.

Dövlət başçılarına ənənəvi “Salbuurun” ovunun elementləri də nümayiş etdirilib.

13:29

Oktyabrın 12-də Bişkekdəki “Ala-Arça” Dövlət Təbiət Parkında mədəni proqram olub.

“Boyuksherg” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov tədbirdə iştirak ediblər.

 

Bənzər xəbərlər