featured-image-8487

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycan Hökuməti ilə Qırğızıstan Nazirlər Kabineti arasında Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalanıb.

Bu barədə Qırğızıstan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, Fond Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirmək və inkişaf etdirmək, imkanlardan səmərəli istifadə etmək məqsədilə yaradılıb.

Birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Qərargah Bişkekdə yerləşəcək.

Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın aktivləşməsinə və genişlənməsinə təkan verəcək.

Bənzər xəbərlər