featured-image-5449

Azərbaycanın baş nazirin müavini Şahin Mustafayev və ermənistanlı həmkarı Mqer Qriqoryan üçüncü görüş barədə razılığa gəliblər.

Bildirilir ki, üçüncü görüş Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

Məlumata görə, görüş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən sonra bir ay ərzində baş tutacaq.

Baş nazirin müavinlərinin növbəti görüşünün gündəliyində dayanan məsələlər açıqlanmayıb.

Xatırladaq ki, avqustun 30-da Moskvada Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

 

Mənbə: Aysor.am

Bənzər xəbərlər