featured-image-4678

Daşnak nəşri İran-Azərbaycan-Ermənistan münasibətləri barədə

Həftəlik “Armenian Weekly” nəşri 1934-cü ildən ABŞ-da fəaliyyət göstərir. Nəşr Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) və bu ideologiyanın təsiri altında olan Amerika Erməniləri Milli Komitəsinə bağlıdır.

İngilisdilli “Armenian Weekly” nəşrində ”Will Iran fight Azerbaijan if Baku seeks to invade Syunik?” (Bakı Sünik mərzini (Zəngəzur mahalı) işğal etmək istəsə, İran Azərbaycanla döyüşəcəkmi?) adlı məqalə gedib. Dr. Benyamin Poghosyan-ın qələmə aldığı məqalədə vurğulanır ki, İran İslam Respublikasının Ali Dini Rəhbəri ayətullah Seyyid Əli Xameneyinin Süniklə bağlı verdiyi bəyanat 10 gündən çoxdur dünya erməniləri arasında geniş müzakirə olunur. Ən çox müzakirə olunan məsələ isə odur ki, Azərbaycan Süniki işğal etsə, İran Azərbaycana qarşı döyüşəcəkmi?

Müəllif deyir ki, İİR Sünik vilayətində yerləşən Kafanda konsulluq açmaq istəyir. Ümumiyyətlə, İran Sünikdə həyat standartlarını yüksəltmək üçün əlavə iş yerləri açılmasına çalışır, maddi baxımdan Ermənistana dəstək verir. Ancaq Azərbaycan Süniki işğal etməyə qalxsa, İran heç vaxt ona qarşı döyüşməyəcək. Azərbaycanla döyüşmək o deməkdir ki, İranla Türkiyə arasında da müharibə olacaq. Türkiyə ilə müharibə isə, İrana qətiyyən lazım deyil. Çünki İsrail bundan istifadə edərək, İranın nüvə mərkəzlərini bombalaya bilər…

Nədənsə məqalədə İran-Azərbaycan qarşıdurması zamanı İranda yaşayan və yerli əhalinin yarısını təşkil edən türklərin Azərbaycan və Türkiyəyə verə biləcəyi dəstək haqqında bir kəlmə də yoxdur. Ancaq başqa bir önəmli məqam var. Yazıda vurğulanır ki, İlham Əliyev az qala bütün Ermənistanı, o cümlədən İrəvanı Azərbaycanın tarixi torpaqları adlandırır və deyir ki, Zəngəzur vasitəsilə Türk Dünyasına daxil olan ölkələr süni şəkildə bir-birindən ayrılıb…

Elbəyi Həsənli

Bənzər xəbərlər