featured-image-8406

Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.

“Boyuksherg” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Qırğızıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qırğızıstanın Dövlət himnləri səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

13:24

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gedib.

Bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, dövlət başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.

Azərbaycan dövlətinin başçısının şərəfinə təntənəli qarşılama mərasimi təşkil olunub, fəxri qarovul dəstəsi düzülüb.

 

11:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 11-12-də Qırğız Respublikasında dövlət səfərində olacaq.

Səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq.

Ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də planlaşdırılır.

Bundan əlavə, qarşıdan gələn dövlət səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, eləcə də Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəblərinin açılışı olacaq.

Bənzər xəbərlər