featured-image-7817

“Biz bütün gücümüzü və potensialımızı səfərbər edirik ki, keçmiş məcburi köçkünlər öz yurdlarına tezliklə qayıtsınlar”.

“Boyuksherg” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham ƏliyevAğdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında bildirib.

Dövlətimizin başçısı deyib ki, azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra edilir:

“Siz Füzuli Beynəlxalq hava limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq hava limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq hava limanını istifadəyə verməyi planlaşdırırıq”.

Bənzər xəbərlər