featured-image-5839

Azərbaycanla Özbəkistan arasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin təsdiqlənməsi gözlənilir.

“Boyuksherg” “Oxu.Az”a istinadən xəbər verir ki, bununla bağlı məsləyə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçiriləcək iclasında baxılacaq.

Bildirək ki, komitənin gündəliyinə 7 məsələ daxil edilib.

Qeyd edək ki, bu ilin iyunun 21-də Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı adıçəkilən sənəd imzalanıb.

Sənədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imza atıblar.

Bənzər xəbərlər