featured-image-7956

Azərbaycan millisi FIFA reytinqində 5 pillə irəliləyib.

Canni de Byazinin baş məşqçi olduğu komanda hazırda 1146 xalla 123-cü sırada qərarlaşıb.

Buna yığmanın UEFA Millətlər Liqasında Slovakiyanı səfərdə 2:1, Qazaxıstanı Bakıda 3:0 hesabı ilə məğlub etməsi səbəb olub.

Yığmamız 5 ölkəni – Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.

Üç pillə irəliləyən Türkiyə seçməsi 1460 xalla 45-ci yeri tutub.

Siyahıya 1831 xalla Braziliya başçılıq edir.

Bənzər xəbərlər