featured-image-8076

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirəcək.

“Boyuksherg” xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçisi olduğu komanda VI qrupdakı ilk matçında Polşanı qəbul edəcək.

Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayacaq.

Görüşü Aslan Qalayevin başçılıq etdiyi qazaxıstanlı hakimlər idarə edəcəklər.

Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlib – 3:0.

Dünya çempionatı, seçmə mərhələ

7 oktyabr

20:00. Azərbaycan – Polşa

Baş hakim: Aslan Qalayev

Bakı İdman Sarayı

Bənzər xəbərlər