featured-image-6411

İlham Əliyev: “Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib!”

 

Sentyabırın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Bu beynəlxalq təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub.

 Hazırda təşkilatın 8 üzvü, 4 müşahidəçi üzvü və 9 dialoq tərəfdaşı var. Son sammitdə İranın təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair qərarlar qəbul olunub. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir.

2016-cı ildə Azərbaycan ilə Şanxay Təşkilatı arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Prezident İlham Əliyev Sammitdə çıxış edib.

Ölkə başçısı çıxışında bir çox məsələrə toxunaraq, Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində sanballı töhfələr verdiyini, Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olduğunu, Bakı Gəmiqayırma Zavodunun bütün növ gəmilər istehsal edə bildiyini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükötürmə qabiliyyətinin olduğunu və bunun ildə 25 milyon tona qədər artırılacağını qeyd edib. Artıq bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit yüklərin 50 faizə yaxın artıbdığını söyləyən cənab prezident onu da deyib ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib.

Boyuksherg.az

Bənzər xəbərlər