featured-image-10961

Avstriya kansleri Karl Nehammer Albaniyanın paytaxtı Tiranada keçirilən Aİ-Qərbi Balkanlar sammiti çərçivəsində bildirib ki, onun ölkəsi Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil edilməsinin hələ tez olduğunu düşünür. Kansler hesab edir ki, ilk növbədə qeyri-qanuni miqrasiya ilə bağlı təhlükəsizlik məsələlərini aydınlaşdırmaq lazımdır.

“Hazırda Avstriya Bolqarıstan və Rumıniyanın hesabına Şengen zonasının genişlənməsinə razı deyil. Avstriyada 75 min sənədsiz qeyri-qanuni miqrant var. Onlar Avropa Birliyinin xarici sərhədlərini keçərək dənizə çıxışı olmayan ölkədə qalıblar”, – deyə hökumət başçısı vurğulayıb.

Eyni zamanda, Avstriya kansleri qeyd edib ki, söhbət təkcə öz ölkəsinin deyil, bütövlükdə Aİ-nin təhlükəsizliyindən gedir və buna görə də bir sıra məsələlərə aydınlıq gətirmək vacibdir.

Mənbə: mk.ru

Bənzər xəbərlər