featured-image-10373

Bu gün Avropanın yeddi ölkəsinin – Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Kiyevə gediblər.

“Boyuksherg” xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs öz “Twitter” səhifəsində yazıb.

“Şimali Baltikyanı ölkələrin xarici işlər nazirləri Kiyevə səfər edir və Ukraynanın yüksək səviyyəli rəsmiləri ilə görüşürlər. Bu, Rusiya təcavüzü başlayandan bəri Ukraynaya səfər etmiş ən böyük nazirlər qrupudur. Əsas məsələ – Ukraynanı bundan sonra necə dəstəkləməli”, – deyə Rinkeviçs bildirib.

O, həmkarları ilə fotosunu da paylaşıb.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto öz “Twitter” səhifəsində Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilən Rusiya qoşunlarının hərbi texnikasının fotosunu dərc edib.

“Müstəqilliklərini müdafiə edən ukraynalıların cəsarətinə və qətiyyətinə ancaq heyran olmaq olar. Biz Ukraynaya nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik. Rusiya işğalçı müharibəsini dayandırmalı və getməlidir”, – deyə o vurğulayıb.

Bənzər xəbərlər