featured-image-5519

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci beynəlxalq Çernobbio Forumu start götürüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.

Azərbaycan lideri forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.

Qeyd edək ki, 8 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi arasında telefon söhbəti vaxtı İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi dövlət başçısına Çernobbio Forumunda iştirakla bağlı dəvət göndərildiyini və yaxın zamanda İtaliyada görüşməkdən məmnun olacağını bildirib.

2 aprel 2022-ci il tarixində İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri cənab Luici Di Maio Azərbaycana rəsmi səfəri vaxtı ölkə başçısı İlham Əliyev tərəfindən qəbul edilərkən Prezidentə Çernobbio Forumunda iştirakla bağlı dəvət göndərildiyini qeyd edib və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın İtaliyaya səfərə dəvətini çatdırıb.

mövzusunda Triestdə təşkil edilmiş yüksək səviyyəli tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir. Eyni zamanda, İtaliya XİN-in təşəbbüsü ilə 5+1 formatında keçirilən ikinci İtalia və Mərkəzi Asiya konfransında İtaliya nümayəndə heyətinin tərkibinə daxil edilmiş The European House – Ambrosetti bunun ardınca 14 dekabr 2021-ci il tarixində İtaliyanın Özbəkistandakı Səfirliyi ilə birgə  İtaliya-Özbəkistan dəyirmi masasını təşkil etmiş və tədbirdə İtaliya XİN-in dövlət katibi Manlio Di Stefano iştirak etmişdir. Bütün bunlar Ambrosetti-nin beynəlmiləlləşmə istiqamətində İtaliya XİN-i ilə sıx koordinasiya şəklində fəaliyyət göstərdiyinə dəlalət edir.

Çernobbio Forumu

İllik olaraq keçirilən Çernobbio Forumu “The European House – Ambrosetti”nin ən əsas tədbiri hesab edilir. Bu il Azərbaycan liderinin əsas qonaq olaraq iştirak etdiyi Çernobbio Forumu İtaliyada dövlətlərin rəhbər şəxslərinin, rəsmilərinin, İtaliya və Avropanın böyük şirkətlərinin rəhbərlərinin bir araya gəldiyi ən nüfuzlu forumdur. Ənənəvi olaraq sentyabr ayının əvvəlində Komo gölünün sahilində yerləşən “Villa d’Este”də keçirilən Çernobbio Forumu yüksək səviyyəli qonaqlar, beynəlxalq siyasi və iqtisadi səhnənin aparıcı liderləri ilə görüşmək və müzakirələr aparmağa şərait yaradır. Forum zamanı nüfuzlu ekspertlərin töhfəsi ilə biznes ictimaiyyəti və İtaliya üçün aktual olan məsələlərlə bağlı hazırlanmış ən mühüm tədqiqatlar təqdim edilir.

Bir qayda olaraq “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahin ssenarisi” (Intelligence on the World, Europe, and Italy / Lo scenario di oggi e di domani per le strategie competitive) başlığı ilə keçirilən Forum üç gündən ibarət olur. Cümə gününə təsadüf edən tədbirin İlk Günü adətən, əsas qlobal tədbirlərə həsr olunur və müzakirə edilən məsələlər əsasən iqtisadi, geosiyasi və elmi/texnoloji xarakter daşıyır və həmin gün İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları və rəsmi şəxsləri əsas qonaq qismində çıxış edir. İkinci Gün Avropaya diqqət yetirir və Aİ bütün institutların nümayəndələrinin və rəsmilərinin iştirak ilə Aİ-nin qarşılaşdığı ən ümdə məsələlər ətrafında fikir mübadiləsi aparılır. Nəhayət İtaliya hökumət, rəsmilərinin və maliyyə və biznes dünyasının nümayəndələrinin iştirakı ilə keçirilən Üçüncü Gün İtaliyaya həsr edilir.

Qeyd edildiyi kimi İtaliya üçün xüsusi önəm kəsb edən ölkələrin dövlət və hökumət başçıları və rəsmi şəxsləri Forumun ilk gününə dəvət edilir. Həmin tədbirdə bir sıra hallarda müxtəlif ölkələrdən dövlət və hökumət rəhbərləri, əksər hallarda iqtisadiyyat və maliyyə sahələri üzrə nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, Avropa Komissiyasının üzvləri, nüfuzlu şirkətlərin ən yüksək səviyyəli menecerləri iştirak etmişdir. Ötən il İtaliya və Rusiya Prezidentlərinin video müraciətləri nümayiş etdirilmiş, eyni zamanda Liviya Milli Birlik Hökumətinin (UBH) baş naziri Əbdülhəmid Dibeybe və Afrika Birliyinin sədri qismində Konqo Demokratik Respublikasının Prezidenti Feliks Tshisekedi iştirak etmişdir.

Forumun nüfuzlu qonaqları

Müxtəlif illərdə Çernobbio Forumunda bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak edib, öz çıxışları ilə qlobal məsələlərə dair müzakirələrə qatılıblar.

Onlar arasında Mahmud Abbas, Monako şahzadəsi II Albert, Kofi Annan, Yasir Ərəfat, Xose Mariya Aznar, Silvio Berluskoni, Co Bayden, Riçard Çeni, Xose Manuel Durao Barroso, Rəcəb Tayyib Ərdoğan, kraliça Rania əl-Abdullah, Jozep Borrel, Felipe Qonzalez, Henri Kissinger, Vaklav Klaus, Emmanuel Makron, Sergio Mattarella, Mario Monti, Şimon Peres, Hillari Klinton və s. dünya siyasətinin aparıcı simaları yer alıb. Sözügedən siyahını bir qədər də genişləndirmək olar. Lakin elə yuxarıda adı çəkilən siyahı belə beyin mərkəzinin fəaliyyətinin miqyasını, Forumun nüfuzunu görmək baxımından kifayətdir.

Bu il isə 48-cisi təşkil edilən Çernobbio Forumunda Azərbaycan lideri qonaq olub. Azərbaycan lideri geosiyasi proseslərin, dünyanın siyasi mənzərəsinin masaya yatırıldığı beyin mərkəzinin qonağı kimi, forumun kürsüsündə çıxış edib və dünyada gedən proseslər, “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” barəsində fikirlərini bölüşüb.

 

Mənbə: Oxu.az

Bənzər xəbərlər