featured-image-8059

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“Boyuksherg” bildirir ki, “köhlən atlar” G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olub. “Georgios Karaiskakis” stadionunda oynanılacaq qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur.

00:47

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 3-cü qol vurulub.

“Boyuksherg” bildirir ki, Ramil Şeydayev 86-cı dəqiqədə baxımlı zərbə ilə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib – 3:0

media-IMG_4156-sezpyi

00:44

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 2-ci qol vurulub.

“Boyuksherg” bildirir ki, “köhlən atlar”dan Marko Veşoviç 82-ci dəqiqədə komandasının üstünlüyünü daha da artırıb -2:0.

media-IMG_4152-kh2fpx

00:33

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

“Boyuksherg” bildirir ki, Ovusu Kvabena 68-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib -1:0.

23:51

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb.

“Boyuksherg” bildirir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.

 

21:50

Yunanıstanda UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda üz-üzə gələcək “Olimpiakos” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

“Boyuksherg” bildirir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Olimpiakos”: 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges

Ehtiyar oyunçular: 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis, 12. Marselo, 15. Sokratis Papastatopulos, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 47. Abubakar Kamara, 74. Andreas-Rixardos Ntoi

Baş məşqçi: Miçel Qonsales

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (GK) 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov

Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Georgios Karaiskakis” stadionunda oynanılacaq “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər