featured-image-6625

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb.

Bu barədə yarışın rəsmi “Facebook” səhifəsi paylaşım edib.

25 yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna müvəffəq olub. Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.

İlk sırada “köhlən atlar”ın qrupdakı rəqibi Fransa “Nant”ında çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan “Ferentsvaroş”undan Sami Mmae (11) 2-ci pillədədir.

Qeyd edək ki, I turda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan “Qarabağ” II turda Bakıda “Nant”ı 3 cavabsız qolla məğlub edib.

Bənzər xəbərlər