featured-image-6036

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“Boyuksherg” xəbər verir ki, Qurban Qurbanovun tələbələri G qrupunun II turunda Bakıda Fransa “Nant”ı ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.

Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ” qrup mərhələsində ilk qələbəsini qazanıb.

G qrupunun digər matçında Almaniya “Frayburq”u Yunanıstanda 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. “Nant” və “Qarabağ”ın 3 xalı var. Sonuncu sıradakı “Olimpiakos”un isə xalı yoxdur.

media-632374494c2f9632374494c2fa1663267913632374494c2f7632374494c2f8

media-Fct4wN1XoAA-Ji1.jpg-

media-3454300-70471168-2560-1440

media-6323744a21f686323744a21f6916632679136323744a21f656323744a21f67

media-16632763105848137755_1200x630

Bənzər xəbərlər