featured-image-5135

Avropa İttifaqında iyul ayında yeni inflyasiya rekordu (9,8 %) qeydə alınıb. Nəzərə alaq ki, bu göstərici apreldə 8,1 %, mayda 8,8 %, iyunda isə 9,6 olub. Bu barədə Eurostat məlumat yayıb. Eurostat məlumat yayıb.

Avropa Birliyində enerji qiymətlərindəki sıçrayış isə 39,6 % -ə bərabərdir. Əsasən anti-Rusiya sanksiyaları iyul ayındakı rekord inflyasiyaya əsas töhfə verib. İlkin (emal edilməmiş) ərzaq məhsulları 11,1% bahalaşıb.

Avropa İttifaqının 16 ölkəsində ikirəqəmli inflyasiya qeydə alınıb:

Estoniya – 23,2%
Latviya – 21,3%
Litva – 20,9%
Çexiya – 17,3%
Bolqarıstan – 14,9%
Macarıstan – 14,7%
Polşa – 14,2%
Rumıniya – 13,0%
Slovakiya – 12,8%
Xorvatiya – 12,7%
Sloveniya – 11,7%
Hollandiya – 11,6%
Yunanıstan – 11,3%
İspaniya – 10,7%
Kipr – 10,6%
Belçika – 10,4%

Bir qədər əvvəl Britaniya iqtisadiyyatında da son 40 ilin ən yüksək inflyasiyasının qeydə alınması barədə məlumatlar yayılmışdı.

Vaxtilə Karl Marks deyirdi ki, Avropada bir kabus dolaşmaqdadır. Bu gün o kabus inflyasiya kabusudu…

 

Mənbə: Demotiya.com

Bənzər xəbərlər