featured-image-6409

Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyır

 

Rusiya-Ukrayna müharibəsindən dolayı Avropa hazırda enerji problemi yaşayır. Bu problemin qısa zaman ərzində həll edilməsi çətin məsələdir. Buna görə Avropa İttifaqı nümayəndəliyi problemi, qismən də olsa, həll etmək üçün Azərbaycanla görüşüb, enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni razılaşma imzaladı.

 

Bu razılaşmaya əsasən, Avropa  İttifaqı Azərbaycandan aldığı qazın həcmini ən az 2 dəfə artıraraq, qarşıdakı illərdə qaz idxalını 20 milyard kubmetrə çatdırmaq niyyətindədir. Bu isə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun daha da güclənməsi deməkdir.

Burdan belə görürük ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropa üçün geostrateji mövqeyi güclənir. Əlavə olaraq onu da deyim ki, Avropa İttifaqının Cənubi Qafqazla apardığı ticarət dövriyyəsinin üçdə ikisi məhz Azərbaycanın payına düşür. Daha əhəmiyyətli məqamlardan biri də budur ki, Avropa İttifaqının Asiyada yerləşən digər türkdilli ölkələrlə  hərtərəfli əməkdaşlığı üçün Azərbaycan Avropa üçün çox əhəmiyyətli strateji zonadır.

Erməni lobbisinin, diaspora təşkilatlarının güclü olduğu Fransa hər zaman hadisələrə müdaxilə etmək istəyib. Amma bu dəfə qışda enerji çatışmamazlığından ən çox əziyyət çəkə biləcəyi ehtimal edilən Almaniya və İtaliya Fransanın qarşısında ola bilər. Buna görə düşünürəm ki, Avropa Azərbaycanın yanında yer alacaq və Azərbaycana qarşı hər hansısa ciddi bir addım və ya sanksiyalar tətbiq edilməyəcək.

Azərbaycan ordusunun Zəngəzuru ələ keçirib o torpaqlara nəzaət etməsini isə tarixi ədalət kimi qiymətləndirirəm.

Paşinyanı isə Ermənistan hökumətinin başında duran gəlmiş-keçmiş ən ağıllı adam hesab edirəm. Adam ölkəsini ağ günə çıxartmaq üçün bütün risklərə gedib bizlə sülh bağlamaq istəyir. Əgər gələcəkdə bu adama sui-qəsd olsa, heç təəcüblənmərəm.

 

Ağali Alışov

Bənzər xəbərlər