featured-image-9289

Noyabrın 6-da Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatına start veriləcək.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, ölkəni yarışda 39 idmançı təmsil edəcək.

Qitə çempionatında 8, 10, 12, 14, 16 və 18 yaş kateqoriyalarında oğlanlar və qızlar arasında Avropanın ən güclüləri bəlli olacaq.

Qeyd edək ki, turnirə noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparacaq.

Bənzər xəbərlər