featured-image-9320

Ötən gecə keçirilən oyunlardan sonra UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Türkiyənin “Fənərbağça” klubu “Dinamo” (Kiyev) üzərində 2:0 hesabı ilə qələbə qazanaraq 14 xalla B qrupunu lider kimi tamamlayıb.

Oyunda əlamətdar hadisələrdən biri “Fənərbağça”nın 17 yaşlı futbolçusu Arda Gülərin rəqib qapısına yol tapandan sonra qələbə sevincini “Annecim seni çok seviyorum”(Ana, səni çox sevirəm) sözlərinin yazıldığı maykanı nümayiş etdirməsi olub.

Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran istedadlı yarımmüdafiəçi bildirib ki, anası iki ay əvvəl əməliyyat olunub və “Dinamo”nun qapısına vurduğu qolu ona həsr edib:

“İlk dəfə bu maykanı “Renn”lə səfər oyununda geyinmişdim. O vaxtdan bəri qol vurmaq mümkün olmamışdı, qismət bu günə imiş. O zaman mənim üçün futbol oynamaq çox çətin idi, motivasiya tapmalıydım. Bu haqda çox düşünürdüm. Əməliyyatından sonra vuracağım ilk qolu anama hədiyyə edəcəkdim. Bu gün qol vura bildiyim üçün çox xoşbəxtəm”.

Bənzər xəbərlər