featured-image-4800

“Arsenal”ın oyunçusu Qranit Caka mafiya ilə əlaqədə şübhəli bilinib. Futbolçu ötən mövsüm Premyer Liqada “Lids”lə matçda aldığı sarı vərəqə ilə diqqət çəkib. Komandası 4:1 hesabı ilə qalib gələn futbolçu ikinci hissənin sonlarında vaxtı çox uzatdığına görə cəzalanıb.

Epizod İngiltərə Futbol Federasiyasını marağına səbəb olub. Nəticədə federasiya istintaqa başlayıb, sonra isə işi hüquq-mühafizə orqanlarına göndərib.

Araşdırma zamanı məlum olub ki, Cakanın matçın son 10 dəqiqəsində sarı vərəqəsinə böyük məbləğdə – 60 min avrodan çox pul qoyulub. Hüquq-mühafizə orqanlarının əməkdaşları mərclərin əsasən Albaniyada kriptovalyuta ilə edildiyini aşkarlayıblar.

Qeyd olunur ki, bu, Albaniya mafiyası və danışılmış oyunlarda təqsirli bilinən keçmiş peşəkar futbolçu Alban Yusufinin əlbirliyi ilə həyata keçirilə bilər.

29 yaşlı Caka 2016-cı ildən “Arsenal”da çıxış edir. Klubun tərkibində futbolçu bütün yarışlarda 250 oyun keçirib, 14 qol vurub və 22 məhsuldar ötürmə edib.

Caka Albaniya əsilli isveçrəlidir, ailəsi Kosovodan qaçqın olub. Onun qardaşı Taulant Albaniya millisində oynayır.

 

Bənzər xəbərlər