featured-image-11127

Dünya çempionatının qalibi olan komanda – Argentina 42 milyon dollar pul mükafatı qazanacaq.

Bu məbləğin böyük hissəsini futbolçuların alacağı qeyd olunub.

İkinci yeri tutan komandaya – Fransaya isə 30 milyon dollar veriləcək.

Bürünc medalları qazanan Xorvatiya komandası 27 milyon dollar pul mükafatı alacaq. Dördüncü yerdə qalan Mərakeş yığması isə 25 milyon dollarla kifayətlənəcək.

Qeyd edək ki, DÇ-nin final görüşündə Argentina və Fransa komandaları üz-üzə gəlib.

Əsas və əlavə vaxtı bərabərliklə bitən oyunda qalib penaltilərdə daha dəqiq oynayan Argentina olub.

Mənbə: lenta.ru

Bənzər xəbərlər