featured-image-9207

“Bunun final oyunu olduğu aydındır. İkinci yeri tutmaq istəyiriksə, mütləq “Qarabağ”a qalib gəlməliyik”.

“Boyuksherg” “Report”a istinadən bildirir ki, bunu “Nant”ın baş məşqçisi Antuan Kombuare Fransada “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan öncə mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bütün zədəlilərin sıraya qayıtdıqlarını bildirib:

“Nitsa”ya qarşı çempionat matçındakı əhval-ruhiyyəni və oyun keyfiyyətini çox yüksək qiymətləndirirəm. Futbolçuların həmin görüşə yanaşmasını bəyəndim. Bu, hələ başlanğıcdır. Davamını növbəti oyunlarda gətirməliyik”.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək “Nant”-“Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər