Almaniya millisini Bundesliqa oyunçuları məğlub etdilər
Yaponiya yığması Almaniya ilə DÇ matçında əzmkar qələbə qazanıblar.
“Boyuksherg” xəbər verir ki, matçın 75-ci dəqiqəsinədək yaponlar 0:1 hesabı ilə geridə olsalar da, məhz həmin anda Ritsu Doan hesabı bərabərləşdirib.
83-cü dəqiqədə isə Takuma Asano Yaponiyanın qələbəsini təmin edən qolu vurub.
Maraqlıdır ki, Yaponiyanın heyətində Almaniyaya 9 dəqiqəyə iki qol vuran hər iki oyunçu – Ritsu Doan (“Frayburq”) və Takumo Asano (“Bohum”) Almaniya Bundesliqasında çıxış edirlər.