featured-image-9079

Kosta-Rika sahillərində 5 sərnişini olan təyyarə radarlardan itib.

Hava gəmisi Meksikadan yola çıxıb.

Təyyarədəki beş nəfərdən birinin alman milyonçusu Rayner Şallerin olduğu bildirilir. Göyərtədə onun sevgilisi Kristen Şikorski, uşaqları və başqa bir kişi də olub.

Artıq aidiyyatı orqanlar təyyarənin axtarışına başlayıb. Hava şəraiti işi çətinləşdirsə də belə, lazımi işlər görülür.

Məlumat üçün bildirək ki, 53 yaşlı Şaller Almaniyanın “RSG Group GmbH” şirkətinə daxil olan məşhur “McFit” fitnes klubları şəbəkəsinin qurucusudur. Alman sahibkarın sərvəti təxminən 250 milyon avro dəyərində qiymətləndirilir.

 

Mənbə: Bild

Bənzər xəbərlər